Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda F qrupunda Yaponiya və İsveç yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın əsas hadisələri ikinci hissədə yaşanıb. Hesabı Yaponiya millisi açıb. Daidzen Maeda Ritsu Doanın ötürməsindən sonra cərimə meydançasına daxil olaraq İsveç qapıçısı Yakob Videll Setterstremi məyus edib.
İsveç millisi isə cəmi altı dəqiqə sonra tarazlığı bərpa edib. Entoni Elanqa cərimə meydançasının sağ küncündən dəqiq zərbə ilə topu uzaq dirəyin dibindən tora göndərib. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Bu nəticədən sonra Yaponiya millisi qrupda 5 xal toplayaraq ikinci yeri tutub. İsveç isə mərhələni 4 xalla üçüncü pillədə başa vurub.
Qrem Potterin rəhbərlik etdiyi İsveç yığması mübarizəni pley-offda davam etdirəcək. Komanda əlavə göstəricilərə əsasən, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda sırasına düşməyi təmin edib.
İsveç millisi 1/16 finalda Fransa və ya Norveçlə qarşılaşacaq. Yaponiyanın növbəti mərhələdəki rəqibi isə Braziliya olacaq.

