Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa Liqasının seçmə mərhələsinin qalibi olub.
Həlledici qarşılaşmada Azərbaycan yığması Latviya millisini 4:0 hesabı ilə məğlub edərək B divizionunu birinci pillədə başa vurub.
Final oyununda Elşad Manafov iki qol vurub. Digər qolları isə Orxan Məmmədov və Ramil Əliyev rəqib qapısından keçiriblər.
Bu nəticə Azərbaycan millisinə növbəti mövsümdən etibarən Avropa Liqasının A divizionunda çıxış etmək hüququ qazandırıb. A divizionunda qitənin ən güclü milli komandaları mübarizə aparır.
Turnirin yekunlarına əsasən, Elçin Qasımov ən yaxşı qapıçı, Sahib Məmmədov isə ən yaxşı oyunçu seçilib.

