Lionel Messi “İnter Mayami”nin heyətində möhtəşəm oyun keçirərək bir matçda 4 qol vurub.
“İnter Mayami” MLS çərçivəsində “Monreal”ı 7:1 hesabı ilə darmadağın edib. Bu nəticə klub tarixində ən böyük hesablı qələbə olub.
39 yaşlı argentinalı ulduz görüşdə 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Messi bununla MLS karyerasında ilk dəfə bir matçda dörd qol vurub.
O, ilk qolunu 40-cı dəqiqədə birbaşa cərimə zərbəsindən vurub, ikinci hissədə isə daha üç dəfə fərqlənib. Messinin son qolu da cərimə zərbəsindən gəlib.
Bu performansdan sonra Messi mövsümdə 18 qola çataraq MLS-in bombardirlər siyahısında liderliyə yüksəlib.
Qeyd edək ki, “İnter Mayami”də baş məşqçi dəyişikliyi gözlənilir. Kili Qonsales komandanın yeni baş məşqçisi olmağa hazırlaşır, hazırda isə kollektivə müvəqqəti olaraq Gilyermo Hoyos rəhbərlik edir.

