“Bavariya” Bundesliqanın V turunda səfərdə “Auqsburq”la 2:2 hesablı heç-heçə edib.
Görüşün ən diqqətçəkən hadisəsi isə matçın başlanğıcında yaşanıb. “Auqsburq”un yarımmüdafiəçisi Robin Fellhauer cəmi 8 saniyədən sonra fərqlənərək Bundesliqa tarixinin ən sürətli qoluna imza atıb.
Qol “Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra vurulub. Təcrübəli qolkiper öz qapısından təxminən 30 metr aralıda topu oyuna daxil etməyə çalışarkən Fellhauer topu ələ keçirib və boş qapını dəqiq nişan alıb.
Beləliklə, Fellhauer Bundesliqada indiyədək mövcud olan 9 saniyəlik rekordu yeniləyib.
Əvvəlki rekord 2014-cü ildə “Bayer”in futbolçusu Karim Bellarabi, 2015-ci ildə isə “Hoffenhaym”ın üzvü Kevin Volland tərəfindən qeydə alınmışdı. Hər iki futbolçu qolu 9-cu saniyədə vurmuşdu.
Matç isə sonda 2:2 hesabı ilə başa çatıb.

