Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
Den.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1,80% və ya 60,40 ABŞ dolları azalaraq 3 287,60 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 1,50% azalaraq 36,37 ABŞ dolları olub.