Qızıl bahalaşaraq ardıcıl dördüncü həftəlik artıma doğru irəliləyir.
Denmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,54% artaraq 3,693 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.36% artaraq 42.72 ABŞ dolları təşkil edib.