Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb.
Denmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,19 faiz artaraq 4 392,60 ABŞ dolları səviyyəsinə yüksəlib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri də bahalaşıb. Belə ki, qiymət 3,98 faiz artaraq 73,41 ABŞ dolları olub.

