Qlobal neft bazarlarında qiymət artımı Azərbaycan neftinə də təsir göstərib.
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,71 ABŞ dolları və ya 2,57 faiz artaraq 68,34 ABŞ dolları olub. Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,69 dollar və ya 2,64 faiz bahalaşaraq 65,76 dollar səviyyəsinə yüksəlib.
Eyni zamanda, URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,79 dollar və ya 5,07 faiz artaraq bir barel üçün 37,07 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə 2,49 dollar və ya 3,78 faiz artaraq 68,27 dollar səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları həcmində nəzərdə tutulub.

