Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 8 vaqon taxıl göndəriləcək.
Qeyd edək ki, dünən Azərbaycandan tranzitlə keçməklə Ermənistana ümumi çəkisi 1 746 ton olan 25 vaqon taxıl çatdırılıb. Bundan əvvəl isə Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə 285 vaqon taxıl, yəni təxminən 19 900 ton məhsul göndərilib.

