Birləşmiş Ərəb Əmirlikləri rəsmi olaraq 1 may 2026-cı ildən etibarən OPEC və OPEC+ sazişindən çıxdığını açıqlayıb. Qərar WAM agentliyi vasitəsilə elan olunub və demək olar ki, 60 illik üzvlüyə son qoyulub.
Bu addımın arxasında ciddi geosiyasi və iqtisadi səbəblər dayanır. Xüsusilə Hörmüz boğazının bağlanması qərarın əsas katalizatorlarından biri kimi göstərilir.
Rəsmi izahda qeyd olunur ki, ölkə “strateji neft ehtiyatlarının təhlükəli səviyyədə azalması fonunda daha çevik qərarlar vermək məcburiyyətindədir”.
Eyni zamanda, OPEC+ ölkələri gündəlik hasilat limitini 82 min barel artırmaq qərarı verib. Bu isə bazarda balansı dəyişə biləcək amillərdən biri kimi qiymətləndirilir.
Lakin gözləntilərin əksinə olaraq, bazar dərhal ucuzlaşma ilə reaksiya vermədi.
Brent markalı neftin qiyməti yenidən yüksəldi və ilk dəfə 30 martdan sonra 115 dollar həddini keçdi.

