ABŞ-də yanacağın qiyməti İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri təxminən 35 faiz artıb.
Bu barədə RİA Novosti yanacaq və ərzaq statistikalarına istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 26-dan iyulun 21-dək adi benzinin bir qallonu üzrə orta qiymət 2,983 dollardan 4,019 dollara yüksəlib. Beləliklə, beş aydan az müddətdə yanacaq 34,7 faiz bahalaşıb.
Bununla belə, ABŞ mağazalarında ərzaq məhsullarının ümumi qiymət səviyyəsində ciddi dəyişiklik qeydə alınmayıb. Fevral–iyun ayları ərzində evdə istifadə olunan ərzaq məhsulları üzrə qiymət indeksi cəmi 0,9 faiz artıb.

