Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.
“Den.az” xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.
Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdı.
Bakıda daha bir avtomobil partladı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.