Oğul Atasını Bu Səbəbə Görə, Qətlə Yetirib...
İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
“Den.az” xəbər verir ki, rayonun Talıstan kəndi ərazisində küçədə xəsarətlər alan 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizov ötən gün rayon xəstəxanasında vəfat edib.
Bildirilir ki, hadisə söyüş üstündə olub. Atasının sərxoş halda kənd sakinləri ilə mübahisə etməsindən və onları söyməsindən hiddətlənən 1994-cü il təvəllüdlü Kənan Əzizov ona zərbələr endirib.
Ağır xəsarətlər alan kişinin həyatını xilas etmək mümkün olmayıb.
Kənan Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.