Malayziyada Sələnqor sultanlığından olan 22 yaşlı Mühəmməd Fakrul Ayman Sacali — hamilə sevgilisini öldürdüyünə və onun bətnindən uşağı çıxardığına görə ölüm cəzasına məhkum edilib.
Denmedia.az xəbər verir ki, bu barədə “Mothership” yazır.
Hadisə 2023-cü ilin mayında baş verib. Gənc kişi sevgilisi Nur Anisah Abdul Vahabı küçədə başına çubuqla zərbə vuraraq öldürüb, sonra cəsədi kanalizasiya kollektoruna aparıb. Orada qadının 18 həftəlik bətnindəki dölü çıxarıb, qalıqları benzinlə yandırıb.
Məhkəmədə təqsirini tam etiraf edən Sacali deyib ki, “bu, hər kəsə dərs olmalı idi.”
Vəkillər cəzanın ömürlük həbslə əvəz edilməsini istəsələr də, məhkəmə bunu qəbuledilməz sayıb. DNT ekspertizası göstərib ki, öldürülən qadının bətnindəki uşaq təqsirləndirilənin bioloji övladı olmayıb.