Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən martın 30-da keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Nazirliyin yaydığı məlumata görə, ümumilikdə təxminən 64,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Əməliyyat zamanı 58,1 kiloqrama yaxın marixuana, 4,6 kiloqramdan çox həşiş, təxminən 1,1 kiloqram opium, həmçinin 400 qramdan artıq heroin və metamfetamin müsadirə edilib.
Qurum bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

