Şri-Lankanın paytaxtındakı Bandaranaike beynəlxalq hava limanında 22 buddist rahib saxlanılıb. Bu barədə Daily Mirror məlumat yayıb.
Məlumata görə, Taylanddan gələn qrupun baqajına baxış zamanı gizli bölmələrdə təxminən 112 kiloqram narkotik maddə aşkarlanıb.
Bu, hava limanı tarixində ələ keçirilən ən böyük narkotik partiyası hesab olunur.
Məlumatlara əsasən, əməliyyatın arxasında Cəmburaliya bölgəsində yerləşən məbədlə əlaqəli üç rahibin dayandığı ehtimal edilir. Onların sosial şəbəkələr vasitəsilə digər şəxsləri bu işə cəlb etdiyi bildirilir.
İstintaq həmçinin göstərir ki, saxlanılanların bir çoxu gəncdir və aldadılmış ola bilər. Onlara pulsuz uçuş, qalma və qida vəd edilib, daşınan yük isə “tədris materialları və şirniyyat” kimi təqdim olunub.

