Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı öldürməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev Türkiyə ərazisində saxlanılıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, cinayət törədildikdən sonra Gürcüstanın hüquq-mühafizə orqanları şübhəli şəxsi beynəlxalq axtarışa verib. Birgə keçirilən tədbirlər nəticəsində Emin Əliyev Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata əsasən, hazırda onun Gürcüstan tərəfinə təhvil verilməsi ilə bağlı prosedurlar aparılır.
Nəşrin məlumatına görə, Fatimə Kərimova daha əvvəl sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. İddiaya əsasən, aralarında yaranan münaqişədən sonra kişi onun pasportunu məhv edib və qadının Azərbaycana qayıtmasına mane olub. Daha sonra isə özü Gürcüstanı tərk edib.
Yayılan məlumata görə, çətin vəziyyətdə qalan qadın kömək üçün əmisi oğlu Emin Əliyevə müraciət edib. İstintaqın versiyasına əsasən, Gürcüstana gedən Emin Əliyev Fatimə Kərimovanı boğaraq öldürüb, daha sonra gizlənərək Türkiyəyə keçib.
O, Türkiyə ərazisində saxlanılıb.

