Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə avqustun 12-də saat 22:00 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

