Bakıda 25 il əvvəl qadının qətlə yetirilməsi ilə bağlı axtarışda olan şəxs saxlanılıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanın qətlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Qətli törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

