Bakıda kafelərdən birində kütləvi dava olub.
Denmedia.az Oxu.Az-a istinadla bildirir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Kafedə tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra dava iştirakçıları bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə "Ceyhun Sabunçu" kimi tanınan şəxs qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb.

