Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə həbs edilib.
Den.az “Qafqazinfo”-ya istinadən məlumat verir ki, barəsində Cinayət Məcəslləsinin 178.3.3-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılan Ş.Cəfərzadə ilə bağlı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, Şamil Cəfərzadədən dayısı Mamedov Farxad Salam oğlu şikayət edib. Rusiya vətəndaşı olan və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayan iş adamı bacısı oğluna verdiyi pulların geri qaytarılmasını tələb edib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsində cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, məlumatı ilk olaraq gununsesi.info saytı yayıb. Məlumata görə, F.Mamedov öz vəsaiti hesabına “Khazar Fish” MMC və “Onestyle” MMC-ni təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüquqi şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş. Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib. Amma 2018-2019-cu illərdə Şamil Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.
Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.
Vəzifəli şəxsin oğlu həbs edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.