“WhatsApp” hesabların silinməsi ilə bağlı yenilik üzərində işləyir.
Den.az xəbər verir ki, yeni funksiya sayəsində hesabı silmədən çıxış edərək “WhatsApp”a fasilə vermək mümkün olacaq. Yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Bildirilir ki, “WhatsApp” parametrləri bölməsində iki seçim olacaq. Birinci seçim məlumatları və üstünlükləri silməklə çıxmaq olacaq. Bu seçimlə istifadəçi proqramı cihazdan silməklə çıxa biləcək. “WhatsApp”la əlaqəli bütün məlumatlar silinəcək, lakin istifadəçi iştirak etdiyi qruplardan çıxmayacaq. İkinci seçim məlumat və üstünlükləri qoruyaraq çıxmaq olacaq. Bu seçimlə, hesabdan çıxan zaman söhbətlər və qruplar qorunacaq.
Hesabı yenidən istifadə etmək istəyəndə lazım olan tək şey hesaba daxil olmaqdır.