DenMedia.az- ın məlumatına görə, ABŞ-ın Virciniya Texnologiya Universitetinin alimləri bildirir ki, gündəlik istehlak olunan emal edilmiş ət məhsulları və şirin qazlı içkilər yaşlı insanlarda yaddaş pozuntusu riskini artırır.
7 il davam edən araşdırmada 55 yaşdan yuxarı 5000-dən çox insan iştirak edib. Nəticələr göstərib ki, hər gün bir porsiya emal edilmiş ət yemək yaddaş zəifliyini 17%, hər porsiya qazlı içki isə əlavə 6% artırır. Ən çox risk isə hər iki məhsulu bir yerdə qəbul edənlərdə müşahidə olunub.
Alimlər tövsiyə edir ki, yaşlılar bu məhsullardan imtina edib, qazlı içkilər yerinə su içsin və evdə daha çox yemək hazırlasınlar ki, yaddaşın zəifləməsi yavaşlasın və demensiya riski azalsın.