Damar daxili (IV) terapiya, yəni vitaminlərin və digər sağlamlıq komplekslərinin birbaşa qan dövranına vurulması, sağlamlığı gücləndirmək məqsədilə geniş yayılıb. Lakin bu prosedur həmişə təhlükəsiz deyil. Ən böyük risklərdən biri vitaminlərin toksik toplanmasıdır.
Mütəxəssislər bildirir ki, mikroelementlərin və vitaminlərin həddindən artıq qəbulu orqanizm üçün əksiklikdən də təhlükəlidir. Məsələn:
-
Vitamin A çox qəbul edildikdə baş ağrısı, ürəkbulanma və dəri problemlərinə səbəb olur.
-
Vitamin B həddindən artıq qəbulda sinir pozuntuları və dəri səpgiləri yaradır.
-
Vitamin C böyrək daşları riskini artırır, qan laxtalanmasına təsir göstərə bilər.
-
Vitamin D yüksək miqdarda yığılarsa, damar və orqanlarda kalsinoza, ürək ritminin pozulmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Həkimlər vurğulayır ki, sağlamlığı qorumaq üçün IV-terapiya fərdi yanaşma tələb edir. Tez bir zamanda orqanizmi gücləndirmək arzusu sizi ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyə bilər.
Nəticə: IV-terapiya yalnız tibbi göstərişlə və diqqətli nəzarət altında tətbiq olunmalıdır. Vitaminlərin çoxluğu, əksikliyi qədər təhlükəlidir.