ABŞ-ın Florida ştatı sahillərində arxeoloqlar 310 il əvvəl batmış ispan gəmilərindən qızıl və gümüş sikkələr aşkarlayıblar.
Denmedia.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Əfsanəvi xəzinənin axtarışı ilə məşğul olan 1715 Fleet — Queens Jewels LLC şirkəti minlərlə sikkə tapıb. Onların dəyəri təxminən 1 milyon dollar olaraq qiymətləndirilir.
Tapılan pullar Boliviya, Meksika və Perunun ispan müstəmləkələrində zərb olunmuşdu və 1715-ci ildə 11 qaleonla İspaniyaya aparılırdı. Lakin fırtına nəticəsində gəmilər sahildə batmış, qiymətli yük isə suyun dibinə qərq olmuşdu.
Məhz bu səbəbdən həmin gəmilər “Gümüş donanması”, tapılan sərvət isə “İspan kraliçasının xəzinəsi” adlanır.