İnsanın sizinlə həqiqətən dost olub-olmadığını müəyyən etməyin üç əsas yolu var. “Gazeta.Ru”ya danışan “Tibb” səhmdar cəmiyyətinin (akademik Roytberqin klinikası) psixoterapevti İrina Kraşkina bildirib ki, bunun üçün xüsusi “yaxınlıq testi” mövcuddur.
Kraşkinanın sözlərinə görə,“Birincisi, davranışına diqqət yetirin. Özünüzə konkret suallar verin: kim daha çox söhbətə başlayır, kim sizi çətin anlarınızda dəstəkləyir, bu insanın yanında özünüz kimi ola bilirsinizmi?** 2–4 həftəlik "emosional gündəlik" aparmaq münasibətlərdəki nümunələri üzə çıxarır**,” – deyə psixoloq qeyd edib.
“İkincisi, sərhədləri yoxlayın. Həyatınızdan şəxsi, amma çox da kritik olmayan bir şeyi bölüşün və reaksiyaya baxın: insan anlayış göstərir və maraqla dinləyir, yoxsa mövzunu dəyişir və ya lağa qoyur? Reaksiya onun emosional iştirak səviyyəsini göstərəcək.”
Üçüncü addım isə psixoloqun adlandırdığı “yaxınlıq testidir”:
“Kiçik, amma şəxsi bir xahiş edin – məsələn, ‘Həftəsonu pişiyəmin qayğısına qala bilərsən?’ və ya ‘Əgər özümü pis hiss etsəm, sənin yanına gələ bilərəmmi?’ Həqiqi dost bundan faciə yaratmaz: ya ‘bəli’ deyəcək, ya da niyə bacarmadığını səmimi izah edib alternativ təklif edəcək.”
Psixoterapevt əlavə edib ki, bəzən ən dürüst yol birbaşa söhbətdir:
“Belə bir danışıq ittihamedici yox, araşdırıcı xarakter daşımalıdır. Bu, səmimi dialoqa yol aça bilər. Tanışlıqlar da dəyərlidir — iş yoldaşı, qonşu, hobbi dostu sizə sevinc və dəstək verə bilər. Amma onlardan dostluğa xas dərinlik gözləməyin. İnsanın verə bilməyəcəyi şeyləri gözləməkdən özünüzü azad edin.”