Beynəlxalq Diabet Federasiyası (International Diabetes Federation) rəsmən 5-ci tip diabetin mövcudluğunu təsdiqləyib, DenMedia.az xəbər verir. Yeni növün əsas xüsusiyyətləri — aşağı bədən çəkisi və insulin çatışmazlığıdır.
🔬 Mütəxəssislərin məlumatına görə, bu xəstəlikdən ən azı 20–25 milyon insan, xüsusilə aşağı gəlirli ölkələrdə yaşayanlar, əziyyət çəkir.
💬 “Bu tip diabet uşaqlıq dövründə qidalanma çatışmazlığı ilə bağlıdır. Lazımi qida maddələri almayan şəxslərin mədəaltı vəzi tam inkişaf etmir, nəticədə insulin istehsal edən hüceyrələr azalır,” — deyə həkimlər izah edir.
📊 Hazırda Yer əhalisinin təxminən 11%-i şəkərli diabetdən əziyyət çəkir. 2050-ci ilə qədər bu göstəricinin 12%-ə yüksələcəyi proqnozlaşdırılır.