Bəşəriyyətin yaxın 50 il ərzində yadplanetli həyatla qarşılaşacağı iddia olunur. Bu fikri britaniyalı alim, doktor və televiziya aparıcısı Meqqi Aderin-Pokok səsləndirib. Onun açıqlamasını Daily Mirror yayıb.
Alimin sözlərinə görə, yerüstü olmayan sivilizasiyanın aşkar edilməsi 2075-ci ilə qədər baş verə bilər. O vurğulayıb ki, yadplanetliləri filmlərdə təsvir edildiyi kimi insana bənzər varlıqlar kimi təsəvvür etmək doğru olmaz.
“Onların forması daha çox boz seliyi xatırlada bilər”, — deyə Aderin-Pokok bildirib.
Alim hesab edir ki, yadplanetli canlıların ünsiyyət texnologiyaları insan sivilizasiyasından xeyli üstün ola bilər və bu, bəşəriyyət üçün tamamilə yeni çağırışlar yaradacaq.
Bundan əvvəl britaniyalı rejissor və UFO tədqiqatçısı Mark Kristofer Li daha sensasion iddia ilə çıxış edib. Onun fikrincə, ilk açıq və kütləvi yadplanetli təması 2026-cı ildə futbol üzrə dünya çempionatı zamanı baş verə bilər.
Li bu qənaətə qədim peyğəmbərliklər, müasir UFO müşahidələri və məşhur kahinlərin açıqlamalarını təhlil etdikdən sonra gəldiyini bildirib.

