Qış aylarında üz və bədən üçün tərkibində seramidlər və ya dekspantenol olan kremlərdən istifadə etmək tövsiyə olunur — bu, dərinin nəmlənməsinə kömək edir. Bu barədə «Radio 1» radiosuna dermatoloq Anastasiya Razbejkina bildirib. Həkim eyni zamanda ev şəraitində meyvə turşuları ilə pilinq etməyi də məsləhət görüb.
“Seramidli, bəlkə də dekspantenollu kremlərdən istifadə edirik. Yəni dərini xaricdən real şəkildə qidalandıran və nəmləndirən vasitələrdən”, — deyə Razbejkina vurğulayıb.
Onun sözlərinə görə, pilinq təkcə üz və bədəni təmizləmir, həm də anti-age (yaşlanma əleyhinə) effektə malikdir. Mütəxəssis əlavə edib ki, bu cür prosedurlardan sonra dərinin mütləq krem vasitəsilə bərpa olunması vacibdir. Bundan başqa, qış mövsümündə müntəzəm olaraq nəmləndirici parça maskalardan istifadə də faydalıdır — ideal halda həftədə iki dəfə.

