Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sumqayıt şəhərində “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert proqramı təşkil olunub.
DenMedia.az xəbr verir ki, Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə Regional İdarənin Kamera Orkestri, Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri Orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi iştirak edib.
Konsert proqramında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin musiqi inciləri səsləndirilib, milli rəqslər və bədii kompozisiyalar nümayiş etdirilib.
Dahi bəstəkarın yaradıcılığını və milli musiqimizin zəngin ruhunu əks etdirən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ellada Rəsul