Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb.
“Den.az” xəbər verir ki, bu barədə İdarə tərəfindən məlumat yayılıb.
Bildirilib ki, yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.
Nəticədə təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiklərinə görə Ağstafa rayon Qırılı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri və Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən tutduqları vəzifələrdən azad ediliblər.
Bağça müdiri ilə məktəb direktoru vəzifədən azad edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.