16 
apr
2024
09:38
55

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

16 apr, 2024
09:38
55

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar