İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.
Den.az APA-ya istinadən xəbər verir ki, H.Əliyev bundan öncə Vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.