Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.
Bu barədə “Den.az”-a FHN-dən məlumat verilib.
Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.