Xalq artisti Emin Ağalarov bildirib ki, "Sea Breeze"də keçiriləcək "Dream Fest"in proqramında dəyişiklik ediləcək.
Den.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin qərarından sonra "Dream Fest"in ikinci və dördüncü günlərində çıxış etməli olan sənətçilərlə bağlı məsələyə baxılıb və yeni ifaçıların adları açıqlanacaq.
Qeyd edək ki, "Dream Fest" musiqi festivalı 23-26 iyulda keçiriləcək.