Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.
Bu barədə Den.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktublarda Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatından dərin kədər ifadə olunur, həlak olanların ailələrinə və yaxınlarına Milli Məclis sədri və deputatlar adından dərin hüznlə başsağlığı verilir.