Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq.
Denmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, sentyabrın 29-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.