Bu gün Biləsuvar və Yardımlının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

