Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.
Denmedia.az xəbər verir ku, bu barədə "Azəriqaz" İB məlumat yayıb
Bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

