Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda yeni kadr dəyişikliyi baş tutub.
Denmedia.az-ın məlumatına görə, müvafiq qərara əsasən Səfərli Aygül Rahib qızı Fondun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialının Ümumi işlər üzrə departamentinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aygül Səfərli bu təyinata qədər Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran–Astara regional filialına rəhbərlik edib. O, Masallı, Cəlilabad və Yardımlı rayonlarını əhatə edən regional filialın direktoru vəzifəsində çalışaraq sosial müdafiə sahəsində uzunmüddətli idarəetmə təcrübəsi qazanıb.
Yeni təyinat Fondun mərkəzi strukturlarında idarəetmənin daha da gücləndirilməsi və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşıyır.
Ellada Rəsul
Denmedia.az

