Bu gün Xocalı rayonunun Xanabad kəndinə keçmiş məcburi köçkünlərin ilk qrupu çatıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, ilkin mərhələdə kəndə 38 ailə — ümumilikdə 154 nəfər qayıdıb.
Yeni köçən sakinləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təmsilçiləri qarşılayıblar.
Azad olunmuş ərazilərə qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

