Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.
“Denmedia.az” “Bakupost”a istinadən xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.

İlkin Məmmədov 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırkı təyinata qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.

Elnur Əliyev 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.

Arif Ataxanlı 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Əlişah Kövsərov hazırki vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Elşən Mahmudov İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və digər qurumlarda müxtəlif vəzifələrdə, hazırki təyinatədək isə DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün nazir Anar Əliyev Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimovu vəzifəsindən azad etmişdi. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.

