Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 27-si saat 09:00-a olan vəziyyətə əsasən ölkə ərazisinin böyük hissəsində yağıntı müşahidə olunur, Şahdağda isə qar yağıb. Qar örtüyünün hündürlüyü 1 sm təşkil edir.
Yağıntının miqdarı:
- Astara – 13 mm
- Lerik – 9 mm
- Cəbrayıl, Şahbuz – 7 mm
- Yardımlı, Lənkəran, Beyləqan – 6 mm
- Daşkəsən, Ağdam, Biləsuvar, Ordubad – 4 mm
- Tərtər – 3 mm
- Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərur – 2 mm
- Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakı və Abşeron yarımadası – 1 mm
Bildirilib ki, Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-ə çatır.
Eyni zamanda, Bakı, Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay və Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək məhdudlaşıb.

