Sabah, mayın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 753 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-65 faiz təşkil edəcək.
Ölkə rayonlarında bəzi yerlərdə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağış intensiv olacaq. Axşam saatlarında şərq rayonlarında yağıntının güclənəcəyi bildirilir. Şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman müşahidə edilə bilər. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti, dağlıq ərazilərdə gecə 4-8, gündüz 8-13, bəzi yerlərdə isə 17 dərəcəyədək isti olacaq.

