Mayın 28-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 17-19, gündüz isə 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Bölgələrdə də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə isə 23-26 dərəcə isti gözlənilir.

