Bakıda təmir işləri ilə əlaqədar bəzi müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Xanın Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılır. Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyətlə əlaqədar 4 iyuladək 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrut avtobusları Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə hərəkət edəcək.
Bundan başqa, 3-5 iyul tarixlərində Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri görüləcək.
Bu müddətdə 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrut avtobusları müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə hərəkət edəcək.

