Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən şimal küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı və şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi isə bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti, dağlarda isə gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

