Azərbaycanda yağış, şimşək və dolu gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 1-i gündüz saatlarından sentyabrın 2-si axşamadək ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsinin artması, bəzi dağ çaylarından isə qısamüddətli sel keçməsi istisna olunmur.

