Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının yaydığı icmal məlumatda bildirilib.
Qeyd olunub ki, 2026-cı ilin avqust ayında 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub. Bununla da ekshumasiya edilmiş insan qalıqlarının ümumi sayı 910-a çatıb.
Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub. Bu istiqamətdə ümumi say 267-yə çatıb.
DNT və məhkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı isə 328 olaraq qalır.
Bildirilib ki, indiyədək 32 kütləvi dəfn yeri aşkar edilib.

