30 
avq
2023
16:12
220

Avqustun son günü 32 dərəcə isti olacaq

30 avq, 2023
16:12
220

Avqustun son günü 32 dərəcə isti olacaq

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək, temperatur gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar